Azərbaycan kifayət qədər maliyyə ehtiyatına malikdir

“Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir”.


ANS-in məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fodunun İcraçı Direktoru Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə deyib.


Görüşdə bildirilib ki, “Azərbaycanın Beynəlxalq Valyuta Fonduna maliyyə dəstəyi üçün müraciət etməsi haqqında mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir və bu xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Bundan başqa, o da vurğulanıb ki, Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarına malikdir. Ölkədə makroiqtisadi vəziyyət stabil və dayanıqlıdır”


Görüşdə həmçinin, Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və keçid dövründə ölkənin yeni iqtisadi modelinin inkişaf etdiriləməsinə dair müzakirələr aparılıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bəyan edib ki, Beynəlxalq maliyyə inustutlarına maliyyə yardımı üçün müraciət olunmayıb. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər möhkəmdir.


ARDNF 1999-cu ilin dekabrında qurulan, neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarəedilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.


ARDNF-nin aktivləri 1 dekabr 2015-ci ildə 33.6 milard dollar təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri