Azərbaycanda saxtakarlıqda ittiham olunan şirkət açıqlama verdi

Son günlərdə kütləvi informasiya vasitələrində Panalpina şirkətinin Azərbaycanda maliyyə fırıldağı barədə yayılan məlumatlarla bağlı Panalpina Şirkəti bəyan edir ki, şirkətə qarşı iddialar həqiqətə uyğun deyil və əsassızdır. Hal-hazırda Panalpina şirkəti barədə hər hansı istintaq hərəkətləri aparılmır, əksinə, Şirkət özü maliyyə fırıldağının qurbanı olub. İddia edilən maliyyə fırıldağı bir neçə il əvvəl şirkətin keçmiş subpodratçısı və digər üçüncü şəxslər tərəfindən həyata keçirilib.

Bu qanunazidd hərəkətlər Panalpina şirkətinə məlum olan kimi, şirkət tərəfindən dərhal daxili araşdırmalar aparılıb. Əhəmiyyətli fakt ondan ibarətdir ki, məhz Panalpina şirkəti yerli hakimiyyət orqanlarına bu barədə məlumat verib. Hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu subpodratçı və üçüncü şəxslər barəsində istintaq aparır.

Bir neçə gün əvvəl Azərbaycanda neft hasilatı sahəsində fəaliyyət göstərən şirkət üçün yük daşıma xidmətləri göstərən Panalpina şirkəti maliyyə fırıldağında ittiham olunmuşdu.

Bütün dünyada və Azərbaycanda yük daşımaları həyata keçirən Panalpina qrup şirkətləri barədə iddiaların yayılmasından sonra hüquq-mühafizə orqanları məsələ ilə maraqlanmağa başladığı da iddia olunmuşdu.

Şirkət rəhbərliyi sənədlərin saxtalaşdırılması yolu ilə milyonlarla dolları mənimsəməkdə şübhəli bilinirdi.

İddiaları ortaya atan şirkətin keçmiş əməkdaşı Panalpinanın Bakı ofisinin Bəhreyndə, ofşor ərazidə özünün yaratdığı Bull Equipment Trading şirkətinin hesabına pul köçürməkdə ittiham etmişdi.


ANS
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri