Maliyyə Nazirliyi manata etibarı yüksəltməyə çalışır

"Maliyyə Nazirliyi bu ilin fevralından etibarən milli və xarici valyutada ifadə edilmiş istiqrazların yerləşdirilməsinə başlayacaq. Bu il istiqrazların buraxılması qismən indiki vəziyyətlə bağlıdır".

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, manatın devalvasiyası ilə əlaqədar olaraq, demək olar ki, manata etibar azalıb: “Nəticədə manat kütləsi kəskin aşağı düşüb. Hazırda banklardan manat almaq çətindir, buna görə də banklarda əmanətlərin böyük hissəsi dollardadır. Manata etibarı bərpa etmək üçün istiqrazlar buraxmağı qərara aldıq. Biz bazara istiqrazları yüksək faiz dərəcələri ilə təqdim etməyə hazırıq”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri