Avropa İttifaqı nümayəndəliyinin rəhbəri: "Düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək"

"Avropa İttifaqının bazarı çox böyükdür. Bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır. Azərbaycan məhsullarını da həmin bazarda görmək bizi sevindirəcək".



APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.



Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Aİ Azərbaycanla işləyir: "Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Azərbaycanda baş verən yenilikləri görərək düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri