Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur"

"Rabitəbank" ASC-nin konsolidasiya məsələsi gündəmdə deyil".



Bunu APA-ya eksklüziv açıqlamasında bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.



"Buna ehtiyac görmürük", - deyə sədr qeyd edib.



Onun sözlərinə görə, yaxın vaxtlarda bankın İdarə Heyətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir: "Hazırda İdarə Heyəti sədr və 6 baş direktordan ibarətdir. İdarə Heyətinə başqa üzvün və ya üzvlərin təyin olunması gözlənilmir".



Qeyd edək ki, hal-hazırda bankın İdarə Heyətinin sədri Elçin Qədimovdur. Arif Zeynalov, Aydın Hüseynov, Eldar Ağayev, Seyran Nuriyev, Ceyhun İbrahimov, Ziya Nuriyev isə bankın baş direktorları siyahısında təmsil olunurlar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri