Mərkəzi Bank: Manatın əsas bazar dəyərini tapmaq olduqca mühümdür

Mərkəzi Bank: Manatın əsas bazar dəyərini tapmaq olduqca mühümdür “Manatın əsas bazar dəyərini tapmaq olduqca mühümdür”.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.

“Manatın tələb və təklif ətrafında formalaşan real məzənnəsi tədiyyə balansımızın tarazlığına gətirməlidir, bu, bizim güddüyümüz başlıca məqsəddir. Digər tərəfdən, bu, imkan verəcək ki, biz ölkənin strateji valyuta ehtiyatlarını qoruyub saxlayaq. Qeyd etdiklərim makroiqtisadi amillərdir. Bizi isə ən çox düşündürən mikroiqtisadi amillərdir. Söhbət mlli iqtisadiyyatımızın rəqabət qabiliyyətindən gedir. Bu, imkan verir ki, yerli istehsalımız, ixracımız stimullaşsın, idxalımız isə məhdudlaşsın. Bu da imkan verəcək ki, biz iqtisadi artımımızı, məşğulluğumuzu yaxşılaşdıraq. Bizim əsas pinsipial hədəfimiz bundan ibrətdir", - deyə E. Rüstəmov qeyd edib.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri