"Azərpoçt"un 3 filialının rəhbəri işdən çıxarılıb

"Azərpoçt" MMC-nin 3 filialının rəhbəri işdən qovulub.



Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar.



Bildirilir ki, bu addım Rabitə v Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb: "Fəaliyyətində nöqsanlara yol verən "Azərpoçt" MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə digər siyahıda adları olan filial rəhbərləri də işindən azad olunacaq".



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri