"Snam" "Statoil"ın TAP-dakı payını alıb

"Snam" "Statoil"ın TAP-dakı payını alıbİtaliyanın "Snam S.p.A." neft-qaz şirkəti "Statoil" şirkətinin TAP-dakı 20%-lik payını alıb.



APA-nin xəbərinə görə, bu barədə italyan şirkətinin saytında yerləşdirilən məlumatda bildirilir.



"Snam S.p.A." və "Statoil" şirkəti arasında imzalanan əqdin dəyəri 208 mln. avro təşkil edir.



"208 mln. avrodan 130 mln. avrosu artıq "Statoil" şirkətinə ödənilib. Bundan başqa, 78 mln. avro TAP-ın kreditləşməsinə yönələcək", - deyə məlumatda bildirlir.



"Snam S.p.A." TAP-ın Direktorlar Şurasında iki nümayəndə ilə təmsil olunacaq.



Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri paya malikdirlər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri