Çində mədəndə baş verən partlayışda 19 nəfər dağıntılar altında qalıb

Çinin Xeyluntszyan vilayətində mədəndə baş vermiş partlayış nəticəsində 19 nəfər dağıntılar altında qalıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Partlayış yerli vaxtla 14:30-da baş verib. Həmin zaman mədəndə 52 nəfər işləyirdi, onlardan 33-ü yer üzünə çıxa bilib.

Hazırda xilasetmə işləri aparılır. Qeyd olunur ki, yanğın xilasedicilərin işini çətinləşdirir.
Şərhlər
Dünya bölməsinin xəbərləri