Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib

Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. APA-nın məlumatına görə, paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib.



Məlumata görə, təhlükəsizlik tədbirləri daha çox Nardarana yaxın kənd və qəsəbə məktəblərində həyata keçirilir. Bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaları barədə xəbərdarlıq edilib. Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar.



Hüquq-mühafizə orqanlarından APA-ya orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təsdiqlənib.
Şərhlər
Sosial bölməsinin xəbərləri