Milli Məclisin sədr müavinləri seçilib

Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədri müavinlərinin seçkisi keçirilib.

APA-nın məlumatına görə, Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər.

Qeyd edək ki, adı çəkilən şəxslər bundan əvvəlki çağırışda da MM sədrinin müavinləri olublar.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri