Azərbaycanda internet fasilələrlə işləyir

Azərbaycanda internet fasilələrlə işləyir.

Qeyd edək ki, bugün Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet kəsilib.

“Delta Telecom”dan Trend-ə bildiriblər ki, bu, texniki problemlərlə bağlıdır: "Problem onunla əlaqədardır ki, DATA-mərkəzə qoşulan kabellər işləməyib. Hazırda problemləri aradan qaldırırıq".

İnternetin kəsilməsi ölkənin elektron ödəniş sisteminin işində də problemlər yaradıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri