Polşa hökuməti istefaya gedib

Polşa hökuməti baş nazir Yeva Kopaç daxil olmaqla istefa verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qərar baş nazirin rəhbəri olduğu “Vətəndaş platforması” partiyasının 25 oktyabr tarixli parlament seçkilərində məğlubiyyətindən sonra verilib.

Qeyd edək ki, Polşa prezidenti Andjey Duda məsələ ilə əlaqədar baş nazir Yeva Kopaç ilə görüşüb və rəsmi olaraq onun istefasını qəbul edib.

Qeyd edək ki, Yaroslav Kaçinskinin lideri olduğu “Qanun və Ədalət” partiyası Polşa parlamentində mandatların əksəriyyətinə sahib çıxıb. Seçkilərin rəsmi yekunlarına əsasən, partiya parlamentdə 235 yer təmin edəcək 37,6 faiz səs toplayıb.
“Vətəndaş platforması” partiyası isə 138 yer təmin edəcək 24,1 faiz səs toplaya bilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri