Bakıda yeni avtobus marşrutu sınaqdan keçirilir

"Baku Bus" MMC yeni 3 nömrəli avtobus marşrutunu sınaqdan keçirməyə başlayıb. Bu barədə Trend-ə MMC-nin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən qeyd ediblər ki, ilkin mərhələdə yeni marşrut üzrə Bakıda xəttə sınaq rejimində 8 avtobus buraxılacaq. Gələcəkdə onların sayı 18-dək artırılacaq.

Avtobuslar "Azadlıq prospekti" metro stansiyası - Şəhidlər Xiyabanı marşrutu və əks istiqamət üzrə hərəkət edəcəklər.
Şərhlər
Sosial bölməsinin xəbərləri