Аlmaniyada sərnişin qatarı yük maşını ilə toqquşub

Almaniyada sərnişin qatarı ilə yük avtomobilinin toqquşması nəticəsində azı 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Bavariya federal torpağının ərazisində, Frayunq şəhəri yaxınlığında baş verib.

Məlumata əsasən, içərisində 50 sərnişin olan qatar dəmiryol keçidində yük maşını ilə toqquşub. Qatar avtomobili vuraraq 1 km sürüyəndən sonra hər iki nəqliyyat vasitəsində yanğın başlayıb. Qatarın maşinisti itkin düşüb.

AFP agentliyinin məlumatına əsasən, yük avtomobili ABŞ ordusuna məxsusdur.
Şərhlər
Dünya bölməsinin xəbərləri