Azərbaycan prezidenti parlament seçkilərində səs verib

Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib.

APA-nın məlumatına görə, dövlət başçısı səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

M. Əliyeva və ailə üzvləri də səs veriblər.

Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri