Bu ilin 9 ayı ərzində 12 minə yaxın mobil nömrə daşınıb

Bu ilin 9 ayı ərzində 12 minə yaxın mobil nömrə daşınıb Mobil nömrə daşınması xidməti üzrə cari ilin 9 ayı ərzində 11548 ədəd mobil nömrə daşınıb ki, bunlardan 6650-si “Bakcell” MMC-nin şəbəkəsinə olub.

Rabitə və Yüksək Texnologiyalar nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.

Hesabat dövründə telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi, o cumlədən arabağlantı münasibətlərində yaranan mübahisələrin “Telekommunikasiya haqqında” Qanuna, RYTN tərəfindən hazırlanmış arabağlantı şərtlərinə, həmçinin arabağlantı müqavilələrinə uyğun həll edilməsi üçün tədbirlər davam etdirilib.

Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 9 ay ərzində 540 281 telefon cihazın İMEİ kodları bu sistem vasitəsi ilə qeydiyyata alınıb.

Həmçinin 9 ay ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 16 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb. Nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 82-yə, informasiya sistemlərinin sayı isə 169-a çatıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri