İtaliyanın futbol üzrə milli komandası Bakıya gəlib

"Avro 2016"-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq İtaliya millisi artıq Bakıdadır.



APA-nın məlumatına görə, ötən gecə Azərbaycana gələn İtaliya millisini Heydər Əliyev adına hava limanında geniş azarkeş kütləsi qarşılayıb.


Qeyd edək ki, Azərbaycan-İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Ölkənin ən böyük idman arenasında baş tutacaq bu oyun, Olimpiya Stadionunda keçirilən ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri