"Qəbələ" UEFA Avropa Liqasında növbəti mərhələdə [Video]

"Qəbələ" UEFA Avropa Liqasında növbəti mərhələdə [Video] Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

"Qəbələ" Serbiyanın "Çukariçki" klubunu qəbul edib.

İlk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olan qəbələlilər bu dəfə rəqib qapısına yol tapa biliblər - 39-cu dəqiqədə Sergey Zenyov fərqlənib.

53-cü dəqiqədə S.Zenyov hesab arasındakı fərqi artırıb - 2:0. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən "Qəbələ" III mərhələyə yüksəlməklə növbəti dəfə tarix yazıb.

Təmsilçimizin növbəti mərhələdəki rəqibi Trakai" (Litva) - "Apollon" (Kipr) "cütünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun kiprlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.





"Apollon" (Kipr) - Trakai" (Litva) ilk oyununun qollarını sizə təqdim edirik:

Şərhlər
İdman bölməsinin xəbərləri