Bakıya gələn su kəmərində qəza baş verib, paytaxtın üç rayonuna su verilməsində fasilə yaranıb

Bakının bir neçə rayonuna suyun verilməsində məhdudiyyətlər olub.

“Azərsu” ASC-dən APA-ya verilən məlumata görə, Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal və Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.

Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri