"Bank Standard" Bakıda filial şəbəkəsini genişləndirir

"Bank Standard" Yasamal rayonu ərazisində özünün yeni konsepsiyada hazırlanan növbəti filialının qapılarını müştərilərinin üzünə açıb.

Bankdan APA-ya verilən məlumata görə, "Elm" filialı bankın müştəriyə istiqamətlənmək, sürətli xidmət, sadə və çatımlı olmaq prinsiplərinə əsaslanan yeni konsepsiyası üzərində qurulan ikinci filialı olub.

Bankın uzun illərə söykənən dostcanlı, qonaqpərvər və etibarlı olmaq kimi keyfiyyətlərilə yeni konsepsiyasının vəhdəti isə "Bank Standard"ın yeni sloqanında öz əksini tapıb - Asan və Sürətli Bankçılıq!

Azərbaycanın ən iri banklarından biri olan "Bank Standard" hətta devalvasiya prosesindən sonra belə özünün depozit portfelini qoruyub genişləndirərək korporativ istiqaməti və fiziki şəxslərə xidməti birləşdirməklə pərakəndə bankçılıq hesabına fəaliyyət sahəsini genişləndirmək prinsipini əsas götürüb. Bu yolla bank hamının və hər kəsin bankı olmaq məqsədini qarşıya qoyub.

“Bank Standard”ın bütün filiallarına şamil ediləcək yeni konsepsiya "I-AM" şirkətinin yardımı ilə hazırlanıb. "I-AM" şirkəti memarlıq, dizayn və brendinq üzrə beynəlxalq ekspert hesab edilir. Şirkətin baş ofisi Londonda olmaqla İstanbul, Dubay və Mumbay kimi iri şəhərlərdə nümayəndəlikləri yerləşir. "I-AM" “Bank Standard”ın filiallarının dizayn və funksionallarını hazırlamaqla yanaşı, bankın vizual üslubunun rebrendiqini də həyata keçirib. Artıq bank filiallarının xarici görünüşü və dizaynı ilə bərabər, loqo, informasiya materialları da daxil bütün kommunikasiya platforması cəmiyyətə açıq və çatımlı olmaqla hər bir müştətiyə bank üçün nə qədər vacib və dəyərli olduğunu hiss etdirəcək.

“Elm” filialına gələn müştərilər yeni müştəriyə istiqamətlənmək konsepsiyasının üstünlüklərini layiqincə qiymətləndirə biləcəklər. Sürətli xidmət, minimum növbə, dostcasına bir münasibət və əhalinin bütün təbəqələrinin ehtiyacları üçün nəzərdə tutulan məhsul və xidmətlər - bütün bunlar “Bank Standard”ın yeni konsepsiyasının əsas tərəflərinin sadəcə olaraq qısa bir siyahısıdır.

Növbə müəyyənləşdirən sistem, müştərini qarşılayan mütəxəssis-məsləhətçi, özünəxidmət məntəqələri və rəqəmli göstəricilər bütövlükdə müştərilərlə sürətli və effektli iş sistemini formalaşdırır.

Filialda korporativ müştərilər üçün ayrıca xidmət bölməsinin yaradılması isə yüksək xidmət səviyyəsi ilə bərabər müştəri zamanına qənaət prinsipinə də əsaslanır.

Xüsusi olaraq filialda özünəxidmət zonasını qeyd etmək lazımdır. Burada müştərilər bank əməkdaşlarına yaxınlaşmadan tez və müstəqil şəkildə əməliyyatlar həyata keçirə, kommunal ödənişlərini edə bilərlər, ödəniş terminalları və "Cash İn" funksiyalı ATM-lər vasitəsilə isə onlayn rejimdə kartdakı balanslarını artıra bilərlər. Filialda həmçinin, "SmartBank" İnternet Bankçılığına çıxışı olan interfeyslərin təqdim olunduğu "Smart zona" da müştərilərin ixtiyarında olacaq. Burada hər bir müştəri öz hesabını yoxlaya və idarə edə, pul köçürmələrini və müxtəlif ödənişləri həyata keçirə biləcəkdir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri