Fransanın “La Revue” qəzeti Şarl Aznavurun Azərbaycanla bağlı məqaləsini sərt tənqid edib

Fransanın “La Revue” qəzetində “Aznavur səhv oxuyanda” adlı məqalə dərc olunub.

APA-nın məlumatına görə, müəllif Jan-Lui Guro erməni əsilli tanınmış müğənni Şarl Aznavurun “Le Monde” qəzetində dərc olunan yazısını tənqid edib:

“Aznavurun doğru olmayan ifadələr işlətməsi, gərgin olan münasibətləri daha da gərginləşdirməsi və artıq mürəkkəb olan vəziyyəti çətinləşdirməsi yaxşı deyil. Azərbaycanın Ermənistan üçün təhdid olmadığını siz yaxşı bilirsiniz. On ildən çoxdur Azərbaycan Respublikası ərazisinin 20%-ni hərbi yolla işğal edən Ermənistandır. Belə olduğu halda, siz necə yazırsınız ki, ilin əvvəlindən Azərbaycan və Dağlıq Qarabağ arasındakı təmas xəttində 20 yaşlı əsgərin ölmədiyi bir həftə olmayıb? Niyə dəqiqləşdirmirsiniz ki, bu ölən əsgər əksər hallarda rus-erməni qoşunları tərəfindən güllələnən azərbaycanlı əsgər olur? Hansı ki, həmin qoşunlar Dağlıq Qarabağ və heç vaxt ermənilərin yaşamadığı Azərbaycanın digər yeddi inzibati rayonunu işğal edib? Niyə söyləmirsiniz ki, Dağlıq Qarabağı ələ keçirən Ermənistan orada etnik təmizləmə aparıb? 1992-ci ilin fevralında Xocalıda 800 dinc azərbaycanlı, o cümlədən qadın, uşaq və qocalar sizin qohumlarınız tərəfindən soyuqqanlı şəkildə qətlə yetirilməyibmi? Bu gün 40 min erməninin dinc şəkildə Azərbaycanın paytaxtı Bakıda yaşadığı halda, 250 min azərbaycanlının 1988-ci ildə Ermənistandan qovulmasını və bir nəfər də olsa azərbaycanlının Ermənistanda yaşaya bilməməsini, siz hörmətli Aznavur, necə izah edirsiniz? Mən məsələni daha da gərginləşdirməməyə və başqalarına böhtan atmamağa çağırıram".
Şərhlər
Siyasət bölməsinin xəbərləri