Polad Bülbüloğlu: "Lyubov Kazarnovskaya Dağlıq Qarabağa səfər etməklə bütün beynəlxalq normaları pozub"

“Qondarma “Dağlıq Qarabağ Respublikası”na səfər etməklə rusiyalı opera müğənnisi Lyubov Kazarnovskaya bütün mövcud beynəlxalq normaları pozub”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a açıqlamasında deyib.

Səfir sənətçinin Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə də toxunub: “Azərbaycan hökumətinin sənətinə hörmət etdiyimiz Lyubov Kazarnovskaya ilə bağlı bu addımı onunla əlaqədardır ki, o, Dağlıq Qarabağa getməklə bütün mövcud beynəlxalq normaları pozur. Bu, vəzifəsindən asılı olmayaraq hər kəsə aiddir”.

Səfir xatırladıb ki, dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tərəfindən tanınmamış Dağlıq Qarabağ ərazisinə səfər üçün Azərbaycan hökumətindən icazə almaq lazımdır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri