Bakıdakı çimərliklərin qiymətləri

Bakıda yerləşən məşhur otel və istirahət mərkəzlərinin xidmətləri və qiymətlərilə bağlı kiçik araşdırma aparıb.


Mərdəkanda yeni istifadəyə verilmiş "Dalga Beach-Aqua Park" istirahət mərkəzinə girişin qiyməti həftəiçi 25 AZN, cümə-şənbə-bazar günləri isə 35 AZN-dir. 6 yaşa kimi uşaqlar üçün ödəniş edilmir. 6 yaşdan yuxarı uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Bir ailədən maksimum 2 uşaq ödənişsiz qəbul olunur.

Çimərliyin ərazisində otel fəaliyyət göstərmir. Yalnız bir ədəd "Vip house" adlandırılan 2 mərtəbəli villa mövcuddur. Bu villanın bir günlük qiyməti həftəiçi 2000, həftəsonu üçün ümumi 5000 AZN-dir.

Bilgəh qəsəbəsində yerləşən "Amburan" çimərlik mərkəzinə girişin qiymətləri fərqlidir. Belə ki, bazar ertəsi 16 AZN, cərşənbə axşamı, çərşənbə, cümə axşamı 18 AZN, cümə günü 20 AZN, həftəsonu isə 25 AZN-dir. Bu qiymətə hovuz, "lejanka", futbol meydançası, mini qolf meydançası və s daxildir. 1.34 santimetrə kimi boy hündürlüyü olan uşaqlar üçün giriş pulsuzdur.

"Nar & Sharab" restoranının xidmətlərindən də istifadə etmək mümkündür. Girişin qiyməti 15 AZN-dir. Bu məbləğə hovuz, duş kabinəsi, "lejanka", dəsmal daxildir. 6 yaşınadək uşaqlara giriş pulsuzdur.

Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzinə girişin qiyməti 10 AZN-dir. Oteldə bir günlük standart otağın qiyməti adam başına 45 AZN-dir. Bu qiymətə gündə 3 dəfə yemək daxildir. Yeməyi restoranda özünüz də sifariş edə bilərsiniz. Qidalanma daxil olmadan iki nəfərlik otağın qiyməti isə 55 AZN-dir.

Novxanıda yerləşən "Af Hotel Aqua Park"a girişin qiyməti 15 AZN-dir. Oteldə iki nəfərlik standart otağın qiyməti 80 AZN-dir. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Həmçinin istirahət mərkəzində koteclər fəaliyyət göstərir. 4 nəfərlik koteclərin qiyməti 180 AZN-dir. Burada qonaqlar üçün 2 yataq otağı, 1 qonaq otağı və mətbəx var. Qiymətə səhər yeməyi daxildir.

Nabranda yerləşən "Palma" istirahət mərkəzinə girişin qiyməti 10 AZN-dir. Mərkəzdə bir gün qalmaq üçün adam başı 35 AZN ödəmək lazımdır. Bu qiymətə yalnız səhər yeməyi daxildir.

Bilgəhdə yerləşən "Jumeirah hotel Baku"ya girişin qiyməti həftəiçi 25 AZN, həftəsonu 30 AZN-dir. Otelin standart otaqlarında 2 nəfərin bir gün qalması üçün 209 AZN ödəmək tələb olunur. Qiymətə qidalanma daxil deyil.

Şıx çimərliyində yerləşən "Crescent beach hotel"ə girişin qiyməti 30 AZN-dir. Oteldə bir günlük gecələmək üçün 100 AZN ödəmək lazımdır. Lüks otaqların qiyməti isə 135 AZN-dir. Qiymətə yemək daxil deyil.




Axşam.az
Şərhlər
Sosial bölməsinin xəbərləri