Zlatan İbrahimoviç Azərbaycanda dörd gün keçirdi
- 05.06.2015, 18:42,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Zlatan ölkə barədə çoxlu suallar verirdi, Azərbaycanı və insanları çox sevdi”.
Fransanın “PSJ” klubunun mənafeyini qoruyan isveçli məşhur futbolçu Zlatan İbrahimoviç Azərbaycanda dörd gün keçirdikdən sonra, ölkəni tərk edib.
Zlatanı Azərbaycana dəvət etmiş şəxslərdən biri – Asif İlyasovun sözlərinə görə, İbrahimoviç ölkəmizi çox bəyənib.
“Zlatan bizim qəbuldan çox razı qaldı, yüksək səviyyədə qarşıladıq və yola saldıq. Ölkəmiz haqqında çoxlu suallar verirdi, Azərbaycanı və insanları çox sevdi”, - deyə, Asif İlyasov öz Facebook profilində yazıb.
Dünya futbolunun ulduzunun Azərbaycana dəvət edilməsinin təşəbbüskarı qismində isə keçmiş qaydasız döyüş ustası Faiq Babanlı çıxış edib.
O və İlyasov ov həvəskarlarıdır və belə iddia irəli sürüldü ki, İbrahimoviç onların dəvəti ilə Azərbaycana ov etməyə gəlib. Lakin əlbəttə ki, bütün bunlar yalnız fərziyyədir.
İbrahimoviçin Azərbaycanda, o cümlədən Heydər Əliyev adına hava limanından ölkəsinə qayıdarkən çəkdirdiyi fotoları təqdim edirik.
oxu.az