Blatter FİFA prezidenti postunu tərk etdi

Blatter FİFA prezidenti postunu tərk etdi FIFA prezidenti Yozef Blatter 5-ci müddətə prezident seçildiyindən 4 gün sonra postunu tərk etdiyi barədə deyib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Bu qərar haqqında Blatter növbədənkanar mətbuat konfransı zamanı deyib. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFА) prezidenti Blatter öz vəzifələrini növbəti fövqəladə konqressinə qədər yerinə yetirəcək.

FİFA-nın növbəti fövqəladə konqressi 2015-ci ilin dekabr və 2016-cı ilin mart ayları arası keçəcək. Konfransda FİFA-nın yeni prezidentinin seçilməsi nəzərdə tutulur.
Şərhlər
İdman bölməsinin xəbərləri