“Dəlisov Maks” və “Senden bana kalan”filmllərin nümayişi başlanıb

“Dəlisov Maks” və “Senden bana kalan”filmllərin nümayişi başlanıb
Nizami Kino Mərkəzi mayın 14 –dən etibarən “Dəlisov Maks: Qəzəb yolu”və “Senden bana kalan” filmlərinin nümayişinə başlanıb.


“Dəlisov Maks: Qəzəb Yolu” filmi Avstraliya və ABŞ kinematoqrafçılarınınistehsalıdır. Triller, döyüş və məcara janrında olan filmin rejissoru və ssenarimüəllifi Corc Millerdir. Filmin sloqanı: “Gələcək ağılsızlara məxsusdur” Yaşməhdudiyyəti:18+


“Dəlisov Maks: Qəzəb Yolu” filmi, həyat yoldaşının və oğlunun qisasınıalandan sonra “Əsas güc patrulu” sıralarını tərk edib ucqar bir məkanda həyatsürən Maks Rokotanskidən bəhs edir. Dünya dərin neft krizisi və qlobalmüharibə şəraitinə daxil olduğu bir zamanda Maks bu post-apokaliptik böşluqdahəyatda qalmaq üçün orda məskən salmış amansız döyüşçülərlə mübarızəaparmağı öyrənmək məcburiyətindədir...

Filmdə baş rollara Tom Hardi, Şarliz Teron, Nikolas Holt, Rouzi Xantinqton-Waytli, Zoi Kravits, Rayli Kio, Neytan Cons, Xyu Kiyas-Bern, Meqan Qeyl, EbbiLi və başqaları çəkilib.

Türkiyənin “ANS Produksiyon” studiyasında romantik dram janrında xüsusiimzası olan rejissor Abdullah Oğuzun lentə aldığı “Senden bana kalan” filmi hərkəs sevə-sevə izləyəcək.Türkiyədə keçirilən qala–gecədə sənət adamları “Senden bana kalan” filmininmövsümün ən baxımlı filmi olduğunu bildiriblər.Romantik və kədərli eşq dramı uşaqlıqdan valideynlərini itirən və babasının mirasıhesabına əziyyət çəkmədən, bir az da ərköyün böyüyən Özgürdən başlayır.Həyatını qayğısız davam etdirməyi planlaşdıran Özgür 18 yaşına çatdıqda mirasıalmaq üçün o qədər də asan olmayan şərtlərə qatlanmaq məcburiyyətində qalır. O,İstanbulu tərk edib Çanaqqalanın Adatəpə kəndində bir il yaşamalıdır. Bu şərtiyerinə yetirməsə mirasın ancaq kiçik hissəsinə sahib olacağını öyrənən Özgür onatam şəkildə layiq olduğunu düşünür və Adatəpəyə yollanır. Orada maraqlıhadisələrlə qarşılaşan Özgürün ən böyük sürprizi bir anda həyatına girən Eliflətanış olması olur. Hekayə də bundan sonra başlayır.Filmdə baş rolları gənc aktrisa Neslihan Atagül və gənc aktyor Ekin Koçoynayıblar. Həmçinin filmdə Gamze Pelin Gökçe, Zeynep Kankonde, SabriÖzmener, Vilma Elles, Doğa Konakoğlu və digərləri çəkilib.


“Dəlisov Maks” və “Senden bana kalan”filmllərin nümayişi başlanıb
“Dəlisov Maks” və “Senden bana kalan”filmllərin nümayişi başlanıb
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57