Azərbaycanda dolların məzənnəsi illik maksimumu yeniləməkdə, avro isə ucuzlaşmaqda davam edir

Bu gün aprelin 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər də möhkəmlənib.

APA-nn məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,16% bahalaşaraq 1,0537 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0074 manat və ya 0,66% ucuzlaşaraq 1,1161 manat olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri