"Mardan Palace" oteli satışa çıxarıla bilər

Türkiyənin tanınmış hotellərindən biri olan "Mardan Palace" satışa çıxarıla bilər. Bu barədə Trend Türkiyənin Haber7 saytına istinadən məlumat verir.

Məlumata əsasən, otelin alınması üçün Türkiyənin öndə gələn Limak Holdinq şirkəti maraq göstərir.

Məlumatda o da qeyd olunur ki, otelin alınması üçün Limak Holdinq rəhbərliyi ilə "Mardan Palace" rəhbərliyi arasında danışıqlar aparılır.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri