Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonun Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İbrahimov Xəyal İbrahim oğlu idarə etdiyi "Daewoo" markalı maşınla Talıblı küçəsindən üzü Şərifzadə küçəsinə doğru hərəkətdə olan zaman Muradov Ağaxan Ağahüseyn oğlunun idarə etdiyi "Azsamand" markalı maşınla toqquşub. Qəza nəticəsində bağlı hər iki sürücü ağır yaralanıb. Onlar təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq "Daewoo"nun sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Yasamal rayon yol polisi şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya avtomobillərdən birinin işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri