Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir yol təmir bağlanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarından etibarən, Salatın Əsgərova küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri (asfalt örtüyünün yenilənməsi) ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri