Masallıda “Embawood” mebel fabrikinin anbarında baş verən yanğın söndürülüb

Masallıda “Embawood” mebel fabrikinin anbarında baş verən yanğın söndürülübMasallıda “Embawood” mebel fabrikinin anbarında baş verən yanğın söndürülüb Masallı şəhərində mebel fabrikin ərazisində ümumi sahəsi 15000 kv.m olan tikilinin içərisində istehsalat sahəsinin və anbar hissəsinin yanar konstruksiyaları, içərisində olan dəzgahlar və yanan materiallar 7000 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, fabrikin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


***

Masallıda güclü yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 21-də saat 23.00 radələrində “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib.

Lakin yanğın şiddətləndiyindən və əhatə dairəsi getdikcə genişləndiyindən qonşu Lənkəran, Cəlilabad, Biləsuvar rayonlarından, həmçinin Göytəpə şəhərindən hadisə yerinə əlavə olaraq yanğınsöndürən briqadalar cəlb edilib.

Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb.

Yanğının böyük bir ərazini əhatə etdiyi və müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir.

FHN də hadisə barədə məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, Masallı şəhərində “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın davam edir.

Əlavə məlumat veriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri