Sabiq deputatın oğlunun maşınından 2 meyit tapıldı

Faktla bağlı araşdırmalar aparılır

“Mən maşınımı hələ bir neçə il əvvəl baş etibarnamə ilə satmışam. Həmin maşının indiki sahibi ilə hətta heç tanış da deyiləm.

Bundan əlavə, mən heç Bakıda da yaşamıram. Bütün Azərbaycan bilir ki, bizim ailə həmişə Balakəndə yaşayıb. İndi də orada yaşayır. Mənim Bakının Xətai rayonunda qarajım da yoxdur”. Lent.az-ın məlumatına görə, bu sözləri virtualaz.org-a açıqlamasında məşhur siyasi xadim, mərhum deputat Əli Ansuxskinin oğlu Əbdülqadir Ansuxski deyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, yanvarın 26-da Xətai rayonundakı qarajda iki nəfərin meyitinin tapıldığı avtomobillə bağlı dərhal araşdırmalar aparılıb. Xətai rayon Polis İdarəsinin əməliyyatçıları avtomobilin sənədləri əsasında “Mercedes” markalı 10 TN 786 nömrə nişanlı avtomobilin Balakən rayon sakini, Ansuxski Abdulqədir Əli oğluna məxsus olmasını müəyyən edib və hadisə ilə bağlı bütün rəsmi sənədlərə olayın baş verdiyi avtomobilin sahibi kimi onun adı qeyd edilib.

İstintaqın gedişində A.Ansuxski avtomobilinin sənədləri ilə birlikdə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda avtomobilin etibarnamə ilə satılması geniş vüsət alıb. Bu kimi alış-verişlərin sonradan hansı problemlər yaratması barədə çoxsaylı nümunələr mövcuddur.

*****

11:26

Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu, Gəncə prospekti 2 ünvanının qarşısındakı dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyiti tapılıb. Hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub.

Bildirilir ki, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Abdulqədir Əli oğluna məxsus olub.

M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qarajda avtomobilə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı nəqliyyat vasitəsinin içinə dolub.

Qeyd edək ki, daha əvvəl də oxşar hadisələr baş verib.

Onu da qeyd edək ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Abdulqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri