Zaur Nəbioğlu efirə qayıdır

Yeni layihhə ilə tamaşaçıların qarşısına gələcəyini bildirən məşhur
aparıcı Zaur Nəbioğlu efirə qayıdır.


“Hər şey çox danışılır, amma az
göstərilir, önə çıxan çox olur amma öndə qalan az. AZ qalanların
növbəsidir!”- deyən aparıcı “Bakı film”in təqdimatında ANS
televiziyasında tezliklə yayımlanacaq “A-dan Z-yə” adlı yeni şou
proqramla çıxış edəcək. Fikirlərini bizimlə bölüşən aparıcı susqunluğa
fərqli və maraqlı şou ilə son qoyacağını bildirib: “A-dan Z-yə hər kəsin
zövqünə oxşayan verilişlər ilə evlərinizə qonaq gələcəyik. Fərqli,
maraqlı, və dinamik proqramda nəyinki müğənnilər həmçinin aktyorlar,
idmançılar, bəstəkar, şairlər və digər sahədə üzdə olan bütün insanlar
qonağımız olacaq. Öndə ANS televiziyası və “Bakı film” olmaqla mənə
inanan , etibar edən bu layihhənin reallaşmasında köməyi dəyən hər kəsə
minnətdarlığımı bildirirəm”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri