Bakıda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb

Bakının
Binəqədi rayonunda yol qəzası baş
verib, sürücü hadisə yerindən qaçıb.
APA-nın məlumatına görə, hadisə
Binəqədi rayonu ərazisində,
Lökbatan-Xocahəsən yolunda qeydə
alınıb. Xocahəsən qəsəbəsindən
Lökbatan qəsəbəsi istiqamətində
hərəkətdə olan "Volkswagen"
markalı avtomobilin sürücüsü
idarəetməni itirib. Sürətlə hərəkət
edən minik avtomobili "Shacman"
markalı yük maşınına çırpılıb.
"Volkswagen" sürücüsü
toqquşmadan sonra maşını
saxlamayıb və hərəkəti davam
etdirib. Lakin maşının sağ təkəri
oxundan çıxıb. Sürücü bundan xəbər
tutduqdan sonra avtomobili
saxlamaq istəsə də, buna nail ola
bilməyib. Nəticədə maşın yolun
kənarındakı yarğana düşüb. Sürücü
isə deformasiyaya uğrayan
avtomobili orada qoyaraq hadisə
yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri