Bakıda evləri su basdı

Bu gecə Bakıda yağan yağışlar nəticəsində yaşayış evlərinə su dolub.

ANS-in məlumatına görə, sakinlər gecə saat 5 radələrində bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət ediblər.

FHN-in məlumatına görə, Bakının Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri