Bakıda zəncirvari qəza azyaşlı uşağın ölümü ilə nəticələndi

Bakıda dünən baş verən zəncirvari yol qəzası nəticəsində 3 yaşlı qız uşağı dünyasını dəyişib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, noyabrın 21-də saat 13:00 radələrində, H.Əliyev prospektində Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Gülağa Fərzəliyevin “Reno”, 1984-cü il təvəllüdlü Məmməd Nəcəfovun “Mercedes”, 1953-cü il təvəllüdlü Əşrəf Həsənovun “Mercedes”, 1979-cu il təvəllüdlü Natiq Xəlilovun “Honda”, 1977-ci il təvəllüdlü Xəyal Rzayevin “Hyundai”, 1968-ci il təvəllüdlü Asəf Eyvazovun idarə etdiyi “Mitsubişi” markalı avtomobillər toqquşmuşdur.

Sürücülər M.Nəcəfov, Ə.Həsənov, G.Fərzəliyev və onun sərnişini 2003-cü il təvəllüdlü Xaliq Rəhimli, “Honda” avtomobilinin sərnişinləri – 1981-ci il təvəllüdlü Nuray Xəlilova, 2014-cü il təvəllüdlü Munisə Xəlilova və bacısı 2011-ci il təvəllüdlü Surə Xəlilova xəsarət alaraq müxtəlif tibb müəssisələrinə yerləşdirilib. S. Xəlilova saat 16:30 radələrində xəstəxanada ölmüş, digər yaralılar yardım alıb evə buraxılmışlar. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri