Vahid Əhmədov: "Azərbaycanda gələn il kommunal xərclərin artırılması nəzərdə tutulmur"

“Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi ilə bağlı gələn il ölkədə kommunal xidmətlərin qiymətlərinin artırılması nəzərdə tutulmur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Vahid Əhmədov bildirib.
 
O qeyd edib ki, büdcə zərfi ilə tanış olub və rəqəmlərdə bununla bağlı heç nə görünmür: “Amma indi dünya bazarında neftin qiymətinin aşağı düşməsi gələn il üçün müəyyən problemlər yarada bilər. Lakin bizdə bu problem yaranmamalıdır, çünki Azərbaycanda ehtiyat var və bu ehtiyatdan istifadə etmək olar. Gedən analizlər də onu göstərir ki, Azərbaycanda kommunal xərclərin artırılmasına ehtiyac yoxdur”.
 
Qeyd edək ki, gələn ilin dövlət büdcəsi artıq Milli Məclisə daxil olub və noyabrın 4-dən etibarən müzakirəyə çıxarılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri