Sumqayıtda “Betonzavod” ərazisində partlayış baş verib, xəsarət alan var

Sumqayıt şəhəri “Betonzavod” adlandırılan ərazidə evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 08 radələrində Gülnarə Ələkbərovanın Sumqayıt şəhəri “Betonzavod” adlandırılan ərazisindəki evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin pəncərə şüşələri sınıb, yanıq xəsarəti almış G.Ələkbərova xəstəxanaya yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri