Azərbaycan prezidenti Tacikistanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Tacikistanın baş naziri Koxir Rasulzoda ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında prezident İlham Əliyevin bu səfərinin əlaqələrimizin daha da dərinləşdirilməsində böyük rol oynayacağı qeyd olunub, səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri