Bakı-Quba yolunda sürücü özünü və maşında olan sərnişini yandırıb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində avtomobil yanıb.

APA-nın məlumatına görə, 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, maşının sürücüsü olan Sumqayıt sakini qızı evlənmək məqsədilə qaçırıb. Qız isə buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər qadın isə yanıq xəsarətləri alıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri