Müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” adlı verilişinin təqdimatı

Müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” adlı verilişinin təqdimatı Müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” adlı verilişinə təqdimat keçirib.

Təqdimat “Muğam” restoranında keçirilib. Media nümayəndələri ilə yanaşı, mərasimə sənət aləminin tanınmış simaları da qatılıb. Onların içində məşhur müğənni İlhamə Quliyeva, Arif Quliyev, Cavan Zeynallı,Teymur Əmrah, Niyyaməddin Musayev, Arif Qazıyev, Natavan Şeyxova, Baba Vəziroğlu və s.

ATV telekanalında yayımlanacaq proqramın ilk buraxılışı dahi sənətkar Şövkət Ələkbərovaya həsr edilib. Verilişdə mərhum sənətkarın şəxsi həyatından tutmuş, peşəkar fəaliyyətində üzləşdiyi sıxıntılara qədər bir çox gizli məsələlərə toxunulacaq.

Proqramın qonaqları əməkdar artist Aybəniz Haşımova, tarzən Zamiq Əliyev, rejissor Arif Qazıyev, Ş.Ələkbərovanın tələbələrindən Almaz Orucova olub.

Layihənin yaradıcı heyəti arasında aparıcı Zabir Əliyev, prodüser Ataş Hüseynov də var .Proyektin direktoru Elşən Babayevdi. Aparıcı – məşhur müğənni Roza Zərgərli. Veriliş yaxın günlərdə yayımlanacaq.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri