UEFA 2015/16 mövsümündə avrokubokların final oyunlarının yerini açıqlayıb

2015/16 mövsümündə avrokubokların həlledici oyunlarının tarixi və yeri müəyyənləşib. APA-nın məlumatına görə, bu barədə qərarları UEFA-nın İcraiyyə Komitəsi verib.
 
2016-cı ildə Çempionlar Liqasının finalına Milan ev sahibliyi edəcək. Mayın 28-də baş tutacaq qarşılaşma “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.
 
Avropa Liqasının finalı isə 10 gün əvvələ planlaşdırılıb. Həmin oyun İsveçrənin Bazel şəhərindəki “Sent Yakob Park” stadionunda təşkil olunacaq.
 
UEFA Superkuboku isə avqustun 9-da keçiriləcək. Bu matça Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma “Lerkendal” stadionunda oynanılacaq.
Şərhlər
Hadisə bölməsinin xəbərləri