Tovuz sakinini qatar vurub

Tovuz rayonunun Qovlar şəhərində 37 yaşlı kişini qatar vurub.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə baş verib.
 
Rayonun Əyyublu kənd sakini, 1977-ci il təvəllüdlü Rzayev Qabil Fərman oğlu Qovlar şəhərində dəmir yol xəttinin keçmək istəyərkən qatar onu vurub. Q.Rzayev kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı diaqnozu ilə Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
 
Faktla bağlı araşdırma aparılır.  
Şərhlər
Hadisə bölməsinin xəbərləri