Bakıda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb

Bakıda qətl hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 23:30 radələrində Şağan qəsəbəsində Əzizbəyov küçəsi ev 88-də qeydə alınıb.
 
Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva qarının sol yan tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1962-ci il təvəllüdlü həyat yoldaşı Tərlan Rəhman oğlu Abdullayev oğlu qarnın sağ tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1987-ci il təvəllüdlü oğlu Rəhman Tərlan oğlu Abdullayev döş qəfəsinin arxa səthinin, boyunun kəsilmiş, deşilmiş daxilə nüfuz edən yarası il?ə və Şağan qəsəbəsində Yeni yaşayış sahəsində yaşayan 1998-ci il təvəllüdlü Cahid Vahid oğlu Qədəşov epaqastral nahiyəsinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər.
 
Ü.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini,  1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri