Röya boşandı

Röya boşandı Tanınmış müğənni Röya Ayxan həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib.

Live.Az Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl boşansa da, müğənni bunu ictimaiyyətə indi açıqlayır:

“Anarla uzun illər xoşbəxt yaşadıq. Hörmətlə, sevgi ilə və rahatlıqla keçən illərdən övladımız da var. Amma artıq ayrılmışıq. Yenə də aramızda biri-birimizə qarşı hörmət var. Yəqin, belə məsləhət imiş”.

Röya hər kəsdən bu qərara hörmət və anlayış tələb edib:

“Bu mövzunun müzakirəsini qəti şəkildə istəmirəm. Hər kəsə də müraciət edirəm, sual verib, məni yormayasız. Həyatda hər şey baş verir. Heç kim heç bir hadisədən sığortalanmayıb”.

Röya Ayxanın həyat yoldaşı Anar Cəlilov da xanımından boşanması barədə “İnstagram" səhifəsində açıqlama verib:

“Boşanmışıq, xahiş edirəm bir də bu barədə danışmayaq”.

Qeyd edək ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Daha əvvəlki evliliyi uğursuz olan Anarın valideynləri onun Röya ilə evlənməsinə qarşı çıxıb. Lakin həmin vaxt tanınmış iş adamlarından birinin oğlu olan A.Cəlilov Röya ilə ailə həyatı qurmaqda israr edib. Onların Hüseyn adlı bir oğlu var. Onu da əlavə edək ki, Röya A. Cəlilovu bu sosial şəbəkədəki səhifəsinin izləmə bölməsindən çıxarıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri