Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib

Bakıda özünü körpüdən atmaq istəyən şəxs fikrindən daşındırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasedicilərinin intihar məqsədi ilə körpüyə qalxan Yusif Əmirovla apardıqları danışıqlar nəticə verib.

Y. Əmirov intihardan etmək fikrindən daşınıb və xilasedicilər tərəfindən körpüdən endirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri