Tikintidə ürəyinə dəmir parçası batan fəhlə yerindəcə keçinib

Bakıda tikintidə faciəli hadisə baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Həsən Əliyev küçəsi-17 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada fəhlə işləyən, 1955-ci il təvəllüdlü Sofquliyev Süleyman Sofqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun ürək nahiyəsinə sancılıb. S. Sofquliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri