Göyçay sakini sevgilisini bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsi S.Orucov küçəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü İlqar Qocayev qısqanclıq zəminində qeyri-rəsmi münasibətlərdə olduğu, 1985-ci il təvəllüdlü Rəna Qocamanovanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən İ.Qocayev isə könüllü olaraq Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gələrək təslim olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri