Qobustan Həbsxanasının rəisi dəyişdirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinatlar olub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin Qobustan Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova, 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.

Qobustan Həbsxanasının rəisi, ədliyyə polkovniki Şahin Osmanov ədliyyə orqanlarında qulluq keçmə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

R. Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri